Vasif İmanov: Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir

Vasif İmanov:  Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir


Pirallahı rayonunda növbəti humanitar aksiya keçirildi

Vasif İmanov:  Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir


Dünyanın bütün ölkələrində olduğu kimi, Respublikamızda da koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür, virusun təsirinin azaldılması üçün addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 virusundan vətəndaşlarımızın qorunması, ölkəmizin bu bəladan minimum itki ilə xilas olması üçün mühüm işlər görülmüşdür.

Eyni zamanda, təşkilatlar və fiziki şəxslər tərəfindən müxtəlif humanitar aksiyalar keçirilir. Belə yardımlardan biri Pirallahı rayonunda baş tutdu. Kampaniya çərçivəsində Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən tənha ahıllara, çoxuşaqlı ehtiyaclı ailələrə ərzaq bağlamaları paylanıldı. Hər zaman olduğu kimi könüllülər də bu aksiyada öz fəallıqlarını göstərmiş, yardımların və maarifləndirici materialların paylanılmasında aktiv iştirak etmişlər.

Vasif İmanov:  Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir


Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov - BİRLİKDƏN GÜC DOĞAR

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Türkiyənin hərbi cəhətdən Azərbaycanı dəstəkləməsi Şərqdə ilk demokratik cümhuriyyət qurmuş Azərbaycan Cumhuriyyətinin dövründə, Qafqaz İslam Ordusunun komandanı olan Nuri Paşanın adıyla başlanır. 15 sentyabr 1918-ci ildə Bakını erməni birləşmə-lərindən və Bolşevik birləşmələrindən azad edən Nuri Paşa azərbaycanlılar tərəfindən hörmət və minnətdarlıq hissi ilə anılır. Paşanın şərəfinə Dağüstü parkda abidə də ucaldılıb. Türkiyə və Azərbaycanın bu hərbi əməkdaşlığı müasir dövrdə də davam edir.

Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığıvar idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlıqüvvələri birgə hərbi təlimlər keçirirlər. 2018-ci il sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə SilahlıQüvvələrinin birgə keçirdiyi hərbi parad analoqu olmayan tarixi bir parad idi. Hər iki ölkənin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla keçirilən paradda iki yenilməz Ordu sanki birləşib bir Ordu olmuşdu. Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən paradda hamı 100 il əvvəldə olduğu kimi, 100 il sonra da türkün türkə necə yaxın olduğunu görürdü. Azadlıq meydanından keçən türklərin ordusu daha çox ruhun Ordusuydu! Tarixlər boyu ən böyük ordu ruhumuz olub, ruhumuzun ordusu olub.Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında Prezident cənab İlham Əliyev bu fikirləri deyib: “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür.

Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçirilib. Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş böyük paradda mümkün deyildi k,i Türkiyə hərbiçiləri öz sözünü deməsin. Bu möhtəşəm hərbi parad başa çatandan sonra qardaş Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd “F-16” və 8 ədəd “F-5” tipli təyyarə də Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirdi. Hərbi sahənin bu istiqamətdə davamı olaraq Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri baş tutdu. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək, quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür” İkiölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
- Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcıölkələrindən olan Türkiyə Azərbaycan SilahlıQüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
- İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr;
- Üçüncüsü, Türkiyənin milli regional maraqlarıvə həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanmasısahəsində əməkdaşlığın inkişafıprioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirilir. Təbii ki, bütün bunlar Azərbaycana düşmən olan Ermənistanıqorxuya salmaya bilməzdi. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmışAzərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığıüçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlıAzərbaycan narahatdır. Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımıaktıtörədib, bir milyon azərbaycanlınıevlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktıtörətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarıolub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığınarahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan Ermənistana intensiv silah təchizatına reaksiya göstərib. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq 2 sentyabra qədər Rusiyadan Ermənistana Xəzəryanıdövlətlərin hava məkanı vasitəsilə çoxsaylıyük reysləri həyata keçirilib. Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz dəstəyi türk qardaşlarımızdan da görürük. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqlarıdeyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq.Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər etibarlısiyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır. Prezidentin: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir. Bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini açıq tənqid edir.Düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir. Ermənistan Müdafiə Nazirliyinin açıqlama yayaraq təlimlərin bölgədə hərbi eskalasiyaya səbəb ola biləcəyini bildirməsi bunu deməyə əsas verir. Məsələyə Azərbaycan tərəfinin cavabıisə gecikməyib. Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlıaçıqlama yayaraq bildirib ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlıqüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.

Bu gün ermənilər Bakıda, Naxçıvanda eləcə də ölkəmizin digər regionlarında Türkiyə Silahlı Qüvvələri ilə keçirilən təlimləri təlaş və əndişə ilə izləməyə məcburdurlar. Əslində, bu narahatlıq üçün səbəblər də az deyil. Məsələn, hər şeydən əvvəl, Türkiyə ordusunun tərkibində yalnız quru qoşunları deyil, aviasiya, artilleriya və digər qoşun növlərinin də olduğu böyük bir qüvvə ilə Azərbaycana gəlməsi qardaş ölkənin bu tədbirə çox ciddi yanaşdığını göstərir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər