Taleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıb

Taleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıb


İCRA BAŞÇISI ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

Taleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıb


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirkı ilə videobağlantı vasitəsilə onlayn müşavirə keçirib.
Müşavirəni giriş sözü ilə açan İcra başçısı rayonda koronavirus (COVID-19) pandemiyası ilə bağlı həyata keçirilən vaksinasiya tədbirlərinin müvəffəqiyyətlə davam etdiyini bildirərək, bu işdə fəallıq göstərən müvafiq qurumların rəhbərlərinə təşəkkürünü çatdırıb.
T.Qaraşov əhalinin bütün təbəqələrinin bundan sonra da vaksinasiyaya cəlb olunmasının vacibliyini qeyd edib. Nəzərə çatdırılıb ki, rayonda indiyə kimi 18 min nəfər koronavirusa qarşı peyvənd olunub.
İcra başçısı rayonda abadlıq-quruculuq və səliqə-səhman işlərinin mütəmadi davam etdirilməsinə, yaşıllıqların qorunmasına nəzarətin gücləndirilməsinə, habelə ictimai işlərə davamiyyətin artırılmasına dair müşavirə iştirakçılarına tapşırıqlarını verib.
Müşavirədə həmçinin rayonda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran məsələlər müzakirə olunub. T.Qaraşov kümçülərlə maarifləndirici söhbətlərin aparılmasının əhəmiyyətindən danışaraq onların qayğılarına diqqətlə yanaşmağı, mövcud kümxanaların dezinfeksiya olunaraq tam hazır vəziyyətə gətirilməsini də mühüm vəzifə kimi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıb.

Lənkəranda ilk dəfə lavanda bitkisi əkilib

Taleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıb


Kosmetika və əczaçılıq sənayesi üçün qiymətli xammal olan lavanda bitkisinin anqustifolia növü artıq iki ildir Azərbaycanda Qəbələ rayonunun Çuxurqəbələ kəndində fəaliyyət göstərən yerli fermer təsərrüfatında becərilir. Cari təsərrüfat ilində Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında yerli qara çayın lavanda bitkisi ilə fermentləşdirilmiş qarışığından çox dadlı və ətirli çay növü alınaraq uğurla sınaqdan keçirilmiş və mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmişdir. Bitkinin faydalılığı nəzərə alınaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəçiliyi ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Çuxurqəbələ kəndindəki fermer təsərrüfatı arasında əməkdaşlıq müqaviləsi bağlanaraq təsərrüfatda 0,50 ha sahədə lavandanın anqustifolia növünün sınaq əkini həyata keçirilib. Sınaq əkininin nəticələrindən asılı olaraq eko-aqro turizmin inkişafı və qarışıq çay növlərinin çeşidinin artırılması məqsədilə yaxın gələcəkdə təsərrüfatda 10 hektardan ibarət lavanda plantasiyasının salınması nəzərdə tutulmuşdur.

Taleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıbTaleh Qaraşov: Vətən müharibəsi bölgədə yeni reallıq yaradıb

Lənkəran şəhər İcra başçısı Taleh Qaraşov - Şanlı Qələbə Azərbaycanın qüdrətinin göstəricisidir.Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu texnoloji üstünlüyə sahib idi.
Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Ermənilər XXI əsrdə sivil dünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olan bu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. Ağdam sanki ruhlar şəhəridir, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı. Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncəyə iki dəfə ballistik raket atıldı, Bərdə kasetli mərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboya atılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs – uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı.
Onların faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Hamı bilsin ki, biz təkcə işğalçı ordunu deyil, bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizmini məhv etmişik. Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərləri təşkil olunur, onlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Törədilən dəhşətli dağıntılar bir-bir qeydə alınacaq, sənədləşdirilərək beynəlxalq məhkəməyə veriləcək. Erməni faşistləri yəqin ki, bu dəfə ədalət divanından yayına bilməyəcəklər.
Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhv etdilər. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır...
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.
Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə Xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər