Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi

Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi


Şamaxı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov RİH əməkdaşlarının koronavirusla bağlı karantinə götürülməsi ilə bağlı məlumata münasibət bildirib.
Report” xəbər verir ki, AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib:

“Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür.

O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin keçirildiyi zaman əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk.

Daha çox onlayn bağlantı vasitəsilə, heç kimdən təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər