Zöhrab Salayev professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur

Zöhrab Salayev professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevdir.

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zöhrab Salayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zöhrab Salayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zöhrab Salayevdən danışdılar yaxşı ki, Zöhrab Salayev Lerik Rayon Təhsil Şöbəsinin müdiridir… Zöhrab Salayev öz isguzarlığı ilə tanınır və seçilir….

Zöhrab Salayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Zöhrab Salayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Zöhrab Salayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Zöhrab Salayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

1960-ci ildə Lerik rayonun Rvarud kəndində anadan olmuşdur.

1975-ci ildə Rvarud kənd 8-illik məktəbini ,1977-ci ildə Çayrud kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1978-ci ildə V.İ.Lenin adına ADP-nin Coğrafiya-Biologiya fakültəsinə qəbul olunmuşdur.

1983-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda Tələbə-Elmi cəmiyyətin sədri olmuşdur.“Qızılağac Dövlət Qoruğunun bio-coğrafi səciyyəsi və mühafizəsi” mövzusu üzrə diplom işi müdafiə etmişdir.Gürcüstan Respublikasının Batumi şəhərindəki Dövlət Universitetində həmin mövzu üzrə məruzə etmiş,məruzəsi fəxri diplama layiq görulmuşdur. Hazırda Batumi Dövlət Universitetində diplom işinə həsr etdiyi mövzuda tədris vasitəsi kimi istifadə olunur.Eləcə də ADPU-də tədris vasitəsi kimi istifadə olunur.1988-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayında rayonda nümayəndə seçilmişdir.1994-95-ci illərdə M.Ə.Rəsulzadə adına BDU-nun nəznində Elmi-pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitunda Psixoloq ixtisasına yiyələnmişdir.

2007-ci ildə Azərbaycan Müəllimlər İnstitunda “Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri”nə dair ixtisas artırma kursunu bitirmişdir. YAP-ın üzvüdur.2009-c ildən S.Hacıyev adına Rvarud kənd tam orta məktəbin vəzifəsində çalışır

2012-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 1 Oktyabr tarixli 2469 №-li sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 0ktyabr 2017-ci il tarixli 01-09-3897/16 saylı razılıq məktubu və Lerik Rayon İcra Hakimiyyəti başçısının 26 oktyabr 2017-ci il tarixli 154 saylı əmrinə əsasən Lerik Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Zöhrab Salayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Zöhrab Salayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zöhrab Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zöhrab Salayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lerik Rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zöhrab Salayev özünü doğruldub. Bizdə hörmətli Zöhrab Salayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bəzi xəbər portallarında Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev barədə həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Zöhrab müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər