«AZ-EVRO TEL» MMC-nin Direktoru cənab Cabit Rəsulovun uğurlu yolu

«AZ-EVRO TEL» MMC-nin Direktoru cənab Cabit Rəsulovun uğurlu yolu










"AzEurotel" BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi və Böyük Britaniyanın "LUKoil-Europe Ltd." şirkətinin təsisçiliyi ilə (hər iki tərəfin iştirak payı 50% olub) yaradılıb.

Adıçəkilən qurum şirkətin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlərin olması, kənar təşkilatlara külli miqdarda borcların yaranması, müəssisənin iflas vəziyyətinə düşməsinin qarşısının alınması, müəssisənin sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə "AzEurotel"in təşkilati-hüquqi forması qanunvericiliyə uyğun olaraq dəyişdirilərək o dövrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində "AzEurotel" MMC-ə çevrilib. "AzEurotel"in MMC-ə çevrilməsi prosesi zamanı müştərək müəssisənin baş direktoru Nuru Əhmədov öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.

Qurumun təşkilati-hüquqi formasının dəyişdirilməsilə paralel olaraq rəhbərliyin də yenisi ilə əvəz edilməsi müasir tələblərə cavab verən və Azərbaycan iqtisadiyyatında müəyyən rol oynamağa qadir olan bir təşkilatın yaranmasına zəmin yaradır.

«AZ-EVRO TEL» MMC-nin Direktoru cənab Cabit Rəsulov əsaslı dəyişikliklərə nail oldu və əvvəlki vaxtlarda baş vermiş bütün nöqsanları aradan qaldırmağı bacardı. Buna görə də, bir daha Prezidentimizə alqış düşür ki, yenə də öz seçimində yanılmadı və Cabit Rəsulov kimi bir şəxsi «AZ-EVRO TEL» MMC-yə direktor təyin etdi.
Cənab Cabit Rəsulov qeyd etdiyi kimi, bu gün biz fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, Ulu Öndərin azərbaycançılıq ideyasının davamıdır.

Ona görə də, biz burdan üzümüzü tutub bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Cənab Cabit müəllimin üzünü və «AZ-EVRO TEL» MMC-də gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər