Bu da Bakının yeni "8 Noyabr" metrostansiyasının - FOTOSU

Bu da Bakının yeni "8 Noyabr" metrostansiyasının - FOTOSU


Sosial şəbəkələrdə Vətən Müharibəsindəki qələbənin şərəfinə "8 Noyabr" adlandırılan metro stansiyasının fotosu paylaşılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

"Ölkə.Az" avtosfer.az-a istinadən fotonu təqdim edir:Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər