Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır

Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır


Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllini davamlı olaraq dəstəkləyir. Müvafiq tərəflərin hərbi əməliyyatların dayandırılması barədə son açıqlamasını alqışlayırıq.
Bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda öz əksini tapıb.

“Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər