Pakistan universitetində qanlı qarşıdurma — Ölən və yaralılar var

Pakistan universitetində qanlı qarşıdurma — Ölən və yaralılar var


İslamabaddakı Beynəlxalq İslam Universitetində atışma olub.
“Ölkə.Az” xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, daha 13 nəfər yaralanıb. Bu barədə məlumatı "Doon" qəzeti yayıb.

Hadisə cümə axşamı iki qrup tələbə arasında baş verib. Qeyd olunur ki, gənclər ümümi çıxış üçün nəzərdə tutulan platformanı paylaşa bilməyiblər, nəticədə aralarında kütləvi dava baş verib.
Universitetin rəhbərliyinin müdaxiləsindən sonra, tələbələr müvəqqəti olaraq sakitləşiblər. Lakin daha sonra onlar mübahisəni həll etmək üçün odlu silahdan istifadə ediblər. Nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər