Deputat: “Faşist Ermənistanın ekoloji terror törədən caniləri də cəzasız qalmayacaq”

Deputat: “Faşist Ermənistanın ekoloji terror törədən caniləri də cəzasız qalmayacaq”


“Bütün cəbhələrdə ağır məğlubiyyətlərə uğrayaraq aqoniya vəziyyətində olan erməni terror dövləti bəşəri dəyərlərə zidd olan ən ağlagəlməz qeyri-insani əməllərə əl atmaqdadır. İrticaçı düşmən nəinki dinc insanlaır hədəf seçib onlaraq qarşı insanlığa yaraşmayan vandalizm hərkətlərinə əl atır, eyni zamanda təbiəti hədəf seçərək qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə ekoloji terror törətməklə məşğuldur. Bu cinayətlər təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən məqsədyönlü, düşünülmüş qaydada həyata keçirilir. Ona görə də kimyəvi silahalrdan istifadəyə görə irticaçı Ermənistanın siyasi və hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır”.

Bunu açıqlamasında millət vəkili Əliabbas Salahzadə deyib.

Millət vəkilinin sözlərinə görə, məğlubiyyətini həzm edə bilməyən iticaçı Ermənistan məqsədyönlü şəkildə kimyəvi silahlardan, xüsusən də ağ fosforlu kimyəvi silahlardan istifadə etməklə regionun gələcəyinə ciddi təhdid yaradan ekoloji fəlakət törətməklə məşğuldur. “Azğın düşmənin aö fosfor kimyəvi silahından istifadə etməklə ekoloji fəlakət yaratması qarşıdakı uzun perspektivdə təkcə Azərbaycana deyil, eyni zamanda bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Faşist Ermənistanın kimyəvi silahlardan istifadə edərək insanlığa sığmayan cinayətlər törətməsi nəinki insanların gələcək həyatı, sağlamlığı baxımından, eyni zamanda bölgədəki bioresursların məhv edilməsini ancaq ekoloji fəlakət və ekoloji terror adlandırmaq olar. Bunu ancaq faşist, manyak, şizofrenik düşüncəli insanlar törədə bilər. Bu bir daha iritcaçı Ermənistan rəhbərlərinin bu düşüncəyə sahib olduğunun bariz göstəricisidir”- o qeyd edib.

Deputat əlavə edib ki, terrorçu dövlətin qadağan olunmuş ağ fosfor silahlardan davamlı olaraq həm Azərbaycanda dinc insanlara qarşı, həm də təbiətə qarşı istifadə edib: “ İnsan və təbiət caniləri olan ermənilər son günlərdə ağ fosforlu silahlardan istifadə etməklə Qarabağın müxtəlif yerlərində meşə massivlərini yandırıblar. Azərbaycanın rəsmi qurumlarının verdiyi məlumata görə, ağ fosforlu silahlardan istifadə edilməsi nəticəsində iki min hektaradək meşə massivi yandırılıb və yanğınlar hələ də davam etməkdədir. Məqsəd isə aydındır. Qəhrəman Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyib, qaçan terrorçular insanlığa, bəşəriyyətə qarşı ən dəhşətli hərbi cinayətlərə əl atırlar. Bununla Azərbaycan ordusu qarşısında süni əngəllər törətməklə yanaşı, bir az öncə söylədiyim kimi bütövlükdə regionun ekolojiyasıan ciddi zərər vurmuş olurlar. Çünki istifadə edilən ağ fosfor silahlarından isitfadə zamanı hava ciddi çirklənir və bu da havada çox qaldığından küləklə ətrafa yayılır. Kimyəvi silahın zərərli maddələri torpaqda uzun müddət qalır və suya hopur. O baxımdan bunun regionun digər ölkələrinə, o cümlədən təcavüzkar ölkənin öz ərazisinə keçməsi də istisna deyil. Bu da həm insanın həyatına, həm sağlamlığına, həm də təbiətə ciddi təhlükə yaradır. Bununla da təcavüzkar Ermənistan nəinki bölgənin sabitliyinə, təhlükəsizliyinə deyil, eyni zamanda ekoloji cəhətdən təhlükəsizliyinə təhlükə mənbəyidir. Ona görə də fosforlu silahlardan istifadə beynəlxalq səviyyədə istifadəsi qadağan olunub. Beynəlxalq qanunvericiliyin tələblərinə əsasən fosfor silahından istifadə edən ölkələrə qarşı ciddi sanksiyaların, maliyyə cərimələrinin tətbiq edilməsi, o cümlədən belə silahdan istifadə edən rəsmilərin məsuliyyətə cəlb olunaraq ciddi cəzalandırılmalıdır. Ancaq təəssüflər olsun ki, beynəlxalq aləm, beynəlxalq güclər və təşkilatlar digər məsələlərdə terrorçu Ermənistan dövlətinin insanlığa, bəşəriyyətə qarşı törətdiyi vəhşiliklərə, vandalizm, soyqırım hərəkətlərinə, hərbi cinayətlərinə, qanlı terror aktlarına necə göz yummuşdusa, eləcə də kimyəvi silahlardan istifadə edib, beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan əməllərinə də göz yummaqda davam edir. Amma beynəlxalq təşkilatlar və güclər onu da unutmasınlar ki, terrorçu dövlətin bu cinayətləri cəzasız qalacaq. Əsla yox! Azərbaycan necə ki, indiyədək dinc insanlara qarşı hərbi cinayətlər, soyqırım, qətliam, qanlı terror aktlarını törədənlərin layiqli cəzasını verib və verməkdədir, ekoloji terror törədənlərin də layilqi cəzasını verəcək. Buna kimsə şübhə edə bilməz. Heç bir cinayət cəzasız qalmadığı kimi, bu cinayəti törədənlər də cəzasız qalmayacaq və mütləq cəzalandırılacaq”.

Deputat onu da bildirib ki, düşmən artıq Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan ordusunun qarşısında diz çökməkdədir: “Qəhrəman ordumuz yağı düşmən işğalı altında inləyən müqəddəs Vətən torpaqlarını işğaldan azad etməkdədir və qısa zamanda torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa olunacaq. Mübarizəmiz haqq mübarizəsidir və mütləq qısa zamanda qalib gələcəyik. Üçrəngli Azərbaycan bayrağı Şuşada və bütün Qarabağ ərazilərində dalğalanacaq! Qarabağ Azərbaycandır!”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər