Putinin “məhv edin” bəyanatından sonra nələr baş verəcək?

Putinin “məhv edin” bəyanatından sonra nələr baş verəcək?













Rusiya prezidenti Vladimir Putin kimyəvi silahlarla bağlı yeni açıqlama verib.
“Ölkə.Az” xəbər verir ki, Putin “kimyəvi silaha sahib ölkələr anbarlarını məhv etməlidirlər”-deyib.

Rusiya lideri Lahey şəhərində “Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı” tərəfindən təşkil edilən konfransın 22-ci iclasında kimyəvi silaha sahib ölkələrə səslənib. Putin deyib: “Kimyəvi silaha sahib ölkələr anbarlarını məhv etməlidirlər. Bundan başqa müqavilənin beynəlxalq hüquq sahəsindən kənarda qalan ölkələrin də bizə qoşulması üçün cəhd edirik. Ciddi bir siyasi iradə göstərilsə, kimyəvi silahlardan təmizlənmiş bir dünyada yaşayacağımıza inanıram”.

Putinin bu açıqlaması özünü reklamdır. Bu barədə azərbaycanlı politoloq Fikrət Sadıqov “Ölkə.Az”a məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya istədiyini edir.
Putinin “məhv edin” bəyanatından sonra nələr baş verəcək?
“Hazırda Rusiya regionda istədiyini edir. Putin belə mesaj verməklə reytinqini artırmaq istəyir. Həm də müəyyən dövlətlərdə kimyəvi silahı aradan götürmək olar. Əgər Rusiya kimi böyük dövlətin başçısı bu boyda bəyanat verirsə, şübhəsiz ki, bunun arxasında həqiqət var. Məqsəd bir sıra kimyəvi silaha malik dövlətlərə mesajdır. Putin çağırış edib ki, kimyəvi silahları məhv etmək mütləqdir. Xüsusilə Yaxın Şərqdə bəzi siyasi rejimlər var ki, onlar kimyəvi silahdan istifadə edir”, - deyə Fikrət Sadıqov bildirib.

Qeyd edək ki, kimyəvi silah vaxtı ilə ABŞ-ın İraqa hərbi müdaxilə etməsinə səbəb olub. Bu bəhanə ilə Səddam Hüseyn də edam edildi. Lakin sonradan bu silah tapılmadı. Fikrət Sadıqov deyir ki, aparıcı ölkə başçıları belə bəyanatlar verəndə ünvanlı çıxış etməlidirlər. Onun sözlərinə görə, “Kimyəvi silah hansı dövlətlərdə var?”, “bunu necə məhv etmək olar?” və s. kimi suallar cavabını tapmalıdır.

“Adı çəkilən dövlətlərdə araşdırmalar aparılmalıdır. Araşdırmalarda beynəlxalq təşkilatların nümayəndələri iştirak etməlidir. Konkret işlər getməlidir. Bu tək bir dövlətin işi deyil. Beynəlxalq təşkilatlar səviyyəsində qərar qəbul edilməlidir. Kimyəvi silahların tam məhvi üçün bütün ölkələr razılıq verməlidir. Hansısa ölkə buna qarşı çıxarsa, bu problemin həlli mümkünsüz olacaq”, - deyə politoloq əlavə edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər