Altı yaşlı Aynur aldığı müavinəti Ordumuza göndərdi - FOTO

Altı yaşlı Aynur aldığı müavinəti Ordumuza göndərdi - FOTO

“Şəkildə gördüyünüz Sabirabad şəhər sakini 6 yaşlı Aynurdur. Atası ilə söhbət zamanı öyrəndik ki, anasını itirib. Aynur anası üçün dövlətdən aldığı 233 AZN müavinatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib”.
Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat yayıb.

O qeyd edib ki, Aynur “şəhid” və “əsgər” sözlərinin nə demək olduğunu yeni öyrənib.

6 yaşlı qızcığaz rayona şəhidlərin gətirildiyini biləndən sonra atasına deyib ki, kömək edək, əsgərlər güc qazansın.

Altı yaşlı Aynur aldığı müavinəti Ordumuza göndərdi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər