Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində yaşadan xeyirxah insan - Azər Qocayev

Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində yaşadan xeyirxah insan - Azər Qocayev


Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Azər Qocayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdir.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azər Qocayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Qocayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azər Qocayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Kəlbəcər rayon İcra Hakimiyyətini başçısı Azər Qocayev yüksək nəticə göstərmiş məzunlarla video konfrans formatında görüş keçirib

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüş olub. Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tələbə adını qazanan bütün məzunları və onların valideyinlərini təbrik edərək bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada dahi Ulu öndər Heydər Əliyevin əməyi və zəhməti olmasın, bütün sahələr kimi təhsil sahəsi də, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi xəttin bir hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyev hər zaman təhsilə yüksək önəm vermiş və demişdir ki, “Təhsil millətin gələcəyidir”.Millətimizin gələcəyinin təməli və təminatçısı olan təhsilimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində uğurla inkişaf edərək yeni mərhələyə qədəm qoyub.Ölkəmizdə yeni-yeni məktəblər tikilir, sagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün infrasturuktur lahiyələr icra olunur.Ölkə təhsilinə dövlət başçısı tərəfindən göstərilən diqqət Kəlbəcər rayonunda da, hiss olunmaqdadır. Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası hökm sürməsinə baxmayaraq 2019/2020-ci tədris ilində rayonumuzda uğurlu nəticələr əldə olmuşdur, beləki rayonun ümumtəhsil məktəblərindən 443 nəfər məzun tələbə adını qazanıb ki, onlardan 340 nəfəri 500 bala qədər, 75 nəfəri 500 baldan 600 bala qədər, 28 nəfər isə 600 baldan yuxarı nəticə əldə edib.
A.Qocayev məzunları bir daha təbrik edərək bildirmişdir ki, gənclərimiz ali təhsil alaraq, savadlı, bilikli, bacarıqlı, gənc kadr kimi Müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə yorulmadan çalışmalı, Azərbaycanımızın qüdrətlənməsi üçün görülən işlərdə öz layiqli tövhələrini verməklə dövlət və dövlətçiliyə sədaqətli olmalıdırlar.
Məzunlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.


Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində yaşadan xeyirxah insan - Azər Qocayev
Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində yaşadan xeyirxah insan - Azər Qocayev


Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev - Mənim prezidentim daim ölkəm üçün çalışır

Müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin layiqli varisi olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 17 illik fəaliyyətinə nəzər saldıqda,onu xalqını qəlbən sevən, dərin erudisiyalı.qətiyyətli,dövrün çağırışlarına çevik cavab verən bir lider olduğunu görürük. Möhtərəm prezidentimizi dünyada güclü bir siyasətçi kimi qəbul edilir və ona daim hörmətlə yanaşırlar.Onun apardığı düşünülmüş.uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı son illər sürətli və dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə.bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Müharibə şəraitində yaşayan Azərbaycan eyni zamanda bölgədə ən müasir silahlarla təmin olunmuş güclü orduya sahib olmuşdur.Bu da iyul ayında Tovuz hadisələrində bir daha özünü parlaq şəkildə göstərdi.Torpaqlarımızda təxribat törətmək istəyən düşmən ordumuzdan güclü zərbə aldı və Azərbaycan ordusunun əzmi qarşısında geri çəkilməli oldu.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən cənab Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların həyata keçirilməsini pandemiya zamanı nəinki dayandırmadı.əksinə daha da dərinləşdirdi.Onun apardığı bu islahatlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılandı və müdafiə olundu.Möhtərəm prezidentimiz karantin günlərində də daim diqqətini iqtisadiyyatın inkişafına,sadə vətəndaşın həyat rifahının yüksəldilməsinə yönəltdi.
Belə ki.14 sentyabr 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışında cənab prezident bir daha ölkə iqtisadiyyatının inkişafını öz fəaliyyətinin prioritet amili olduğunu bəyan etdi:”Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.
Xaricdə yaşayan soydaşlarımıza daim böyük diqqət göstərən dövlət başçımız respublikamızın inkişafında dünya azərbaycanlılarının da iştirakını görmək istəyir.onların imkan və səylərini dövlətimizin inkişafı üçün vacib məqam hesab edir: ”Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir və onların fəaliyyəti üçün dövlətimiz geniş imkanlar yaradır. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın,o cümlədən Azərbaycan gəncinin sosial rifahına yönəlib
“Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.”
Təmsil etdiyim SOCAR-ın Qobustan Regional Təlim Mərkəzi məhz belə bir qayğının,belə bir fəaliyyətin nəticəsində yaranmışdır. Peşə ixtisaslı fəhlə kadrlarına olan tələbatı nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində beynəlxalq peşə təhsili standartlarına cavab verən müasir tədris otaqları, ən yeni avadanlıqlarla komplektləşdirilmiş, yüksək ixtisaslı kadrların hazırlanması üçün nəzərdə tutulan fənn kabinələri və qaynaq emalatxanası, ən yeni texniki vasitələr və alətlərlə təmin olunmuş Qobustan Regional Təlim Mərkəzini yaratdı. Bu mərkəz cənab Prezidentin gənclərimizə olan qayğısının parlaq təzahürü idi.Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə gənc burda təhsil alaraq müxtəlif peşələrə yiyələnirlər.
Bu gün cənab Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə aparılan islahatlar ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 17 ildə ölkəmizin həyatının müxtəlif sferalarında- istər iqtisadiyyat və ya mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində baş verən dinamik inkişaf Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.Xalq öz prezidentini sevir və daim ona dəstəyini nümayiş etdirir.Bu güc,bu birlik-həmrəylik əbədidir,tükənməzdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər