Karantini pozanları dəfn avtomobilində gəzdirirlər

Karantini pozanları dəfn avtomobilində gəzdirirlər


İndoneziyanın Proboliqo şəhərinin rəsmiləri COVID-19 rejiminə riayət etməyən sakinlərə qarşı sərt cəza qaydası təyin edib.

“The Jakarta Post” nəşi yazır ki, koronavirus rejimini pozan sakinləri pandemiyadan vəfat etmiş şəxslərin daşınmasında istifadə edilən dəfn avtomobilində gəzdirirlər.
İndoneziyanın Koronavirusla Xüsusi Mübarizə Qurumunun rəhbəri bildirib ki, bu tədbir sosial tərbiyə üsulu kimi istifadə olunur.

Qeyd edək ki, İndoneziya COVID-19-dan ən çox zərər çəkmiş ölkələrdən biridir.

Son rəqəmlərə əsasən, İndoneziyada 196 989 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, 8 130 xəstə pandemiyanın qurbanı olub. oxu.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər