Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.

Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.


Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı mütəmadi olaraq əhali ilə maarifləndirmə aparır və qəbul edilən qərarlara riayət etmələrinin məcburi olduğunu bildirir.
3 aprel 2020-ci il tarixdə Biləsuvar RİH başçısı və operativ qərargahın üzvləri şəhərin ayrı-ayrı küçələrində əhali ilə söhbət apararaq Operativ Qərargahın “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixdə qəbul etdiyi Qərara uyğun davranmalarını və yalnız zəruri ehtiyac yaranarsa evdən çıxmaq üçün ediləcək sms müraciətləri barədə məlumatlandırmışlar. Bu zaman qoruyucu vasitələrdən istifadə olunması və hərəkət zamanı təmas saxlanılması bir daha vətəndaşlara bildirilmişdir.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilməklə yanaşı, əhali arasında maarifləndirici izahat işləri daha da genişləndirilir, yaşayış məntəqələrinin dezinfeksiyası və digər zəruri tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Bu məqsədlə Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarından, inzibati ərazi nümayəndəliklərindən, bələdiyyə üzvlərindən, daxili işlər orqanlarının nümayəndələrindən ibarət 28 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparılması üçün fəaliyyət göstərir.
Biləsuvar RİH başçısı və operativ qərargahın üzvləri xüsusi karantin rejimində fəaliyyətlərinə icazə verilmiş həyati əhəmiyyət daşıyan bir sıra sahibkarlıq subyektlərində və şəhərin küçələrində infeksiya ilə mübarizə çərçivəsində aparılan dezinfeksiya tədbirlərini izləmişlər.


Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər