Belarusdakı aksiyaları dəstəkləyən səfir istefa verdi

Belarusdakı aksiyaları dəstəkləyən səfir istefa verdi


Etirazçılara açıq dəstək verən Belarusun Slovakiyadakı səfiri, keçmiş Prezident köməkçisi İqor Leşenya istefaya gedib.

O bu barədə “Tut.by” informasiya portalına açıqlamasında bildirib.

“İstefa ərizəmi verdim. Bu, məntiqli addımdır, çünki səfir kimi hazırkı prezident tərəfindən təyin olunmuşam və onun müəyyən etdiyi siyasəti davam etdirməli olduğum gözlənilir. Xarici İşlər Nazirliyi ifadə etdiyim vətəndaş mövqeyimin bu çərçivədən kənara çıxdığını düşünür”,- deyə Leşenya qeyd edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl o, dinc etirazlara çıxan belaruslulara dəstək ünvanlayan bir videomüraciət paylaşmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər