“BP-Azərbaijan”da növbəti ixtisar dalğası?

“BP-Azərbaijan”da növbəti ixtisar dalğası?
















Şirkətin rəsmisi məsələyə aydınlıq gətirib

BP-nin Azərbaycan nümayəndəliyində növbəti ixtisar dalğasının başladığı bildirilir.

“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə bu faktı təsdiqləməyib:

“Bizdə bu barədə heç bir məlumat yoxdur. Kimsə hər hansı bir rəqəm göstərirsə, ixtisarların başladığını deyirsə, bu səhv məlumatdır”, - deyə T.Bayatlı Oxu.Az-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcəyini açıqlamışdı.

BP-nin məlumatında qeyd olunurdu ki, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq.

Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək.

İxtisarlar iki il ərzində - 2017-ci ilin dekabrınadək aparılacaq.

Xatırladaq ki, bir müddət öncə şirkətin 50 əməkdaşının ixtisar olunması ilə bağlı mətbuatda məqalə dərc olunmuşdu. Şirkət bu faktı da təsdiq etməmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər