19 əlili öldürən QATİL — Onlar insan deyil

19 əlili öldürən QATİL — Onlar insan deyil


Yaponiyanın Saqamihara şəhərində yerləşən əlillər evində qətliam törədən 29 yaşlı Satosi Uematsunun vəkilləri onun dəli olduğunu sübut etməyə çalışırlar.

Uematsu 19 nəfər əlili öldürüb, 20-dən çoxsunu isə yaralayıb.

TASS agentliyi xəbər verir ki, bu internat məktəbində əqli qüsurlu insanlar yaşayır.

Uematsu özü əməlini etiraf edib və üzr istəyib. Maraqlıdır ki, qatil açılış nitqindən sonra qəfildən psixoloji kriz keçirib.

O, qətliamı 2016-cı ilin iyul ayında törədib. Uematsu özü, internat məktəbinin keçmiş işçisidir.

Hərəkətlərini izah edən təcavüzkar, əqli qüsurlu xəstələri insan olaraq qəbul etmədiyini söyləyib. Onun bu sözləri məhkəmə salonuna toplaşanlar arasında hiddətə səbəb olub.

Uematsunun  narkotik tərkibli dərmanlar istifadə etdiyi də məlum olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər