Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır

Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır











Bakuxeber.info olaraq bu şərəfli insan - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9№-li Xüsusi İnternat Məktəbinin rəhbəri Xanımqız Şükürova haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9№-li Xüsusi İnternat Məktəbinin rəhbəri Xanımqız Şükürovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Xanımqız Şükürova - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9№-li Xüsusi İnternat Məktəbi sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə internatda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir.

Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələrinin, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin yaradıldığı internat evində dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-istitusionallaşdırma məsələsi ilə bağlı işlər görülür və artıq bir çox uşağın doğma ailələrinə qovuşmasına nail olunub.

Məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev 24 ünvanında yerləşir. 1980 –ci ildən nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərir və Azərbaycanın Milli qəhrəmanı Emin Quliyevin adını daşıyır. Təmir, bərpa və yenidən qurma işləri başa çatdığından 29 Fevral 2016-cı il tarixində təkrar açılışı olmuşdur.
Məktəbdə 318 şagird təhsil alır.
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındır
Xanımqız Şükürova vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidəli qadındırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər