Qəhrəman Qələndərov var gücü ilə çalışaraq, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldub - ÖZƏL

Qəhrəman Qələndərov var gücü ilə çalışaraq, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldub - ÖZƏL


Bu şərəfli insan - Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var

Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində əsas prinsiplərdən biridir. Özünü, həyatını bu fədakar peşəyə həsr edən polisin məqsədi ictimai asayişin, sabitliyin etibarlı qorunmasına yönəlib.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərovdur.

Qəhrəman Qələndərov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Nəsimi rayon Polis İdarəsinin Yol Polisi Bölməsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Qəhrəman Qələndərov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Keçmiş Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis təyin edilən Qəhrəman Qələndərov qısa vaxt ərzində rayonda öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Nəsimi rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin şəxsi heyəti bu gün Qəhrəman Qələndərovun rəhbərliyi ilə rayonda bir çox tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərov bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, keçmiş daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qəhrəman Qələndərova böyük etimad göstərərək onu Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edib. Bu gün Qəhrəman Qələndərov var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğrultsun.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Qəhrəman Qələndərou nüfuzdan salmağa çalışırlar.

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Nəsimi rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Qəhrəman Qələndərovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər