Şagirdlərə verilən ev tapşırıqları ləğv edilsin — Deputatdan TƏKLİF

Şagirdlərə verilən ev tapşırıqları ləğv edilsin — Deputatdan TƏKLİF



“Məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir. Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir”.
Bu fikirləri deputat Elmira Axundova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O, V sinif Ana dili dərsliyini analiz etdiyini də qeyd edib: “Bu dərslikdə nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq. Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Səbəb kimi də proqramın gərginliyi ilə izah edirlər”.
Deputat vurğulayıb ki, 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi yalnız ev tapşırıqları ilə məşğul olurlar: “Axı, onlar uşaqdırlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətlərində ciddi problemlər yarada bilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər