Məşhur muğam ustası vəfat etdi

Məşhur muğam ustası vəfat etdi

Tanınmış xanəndə Həbib Rəhimov dünyasını dəyişib.

Həbib Rəhimovun vəfatı ilə bağlı “Facebook” hesabında xəbər paylaşan şair Vüqar Əhməd bu barədə Oxu.Az-a açıqlama verib.

O, əməkdaşımızla söhbətində sənətkarın ağır xəstəliyə tab gətirməyib, dünyasını dəyişdiyini söyləyib: “Həbib müəllim bir ildən çox idi ki, ağır xərçəng xəstəsi idi. Özü heç xəstəliyini bilmirdi. Evdəkilər bunu ondan gizli saxlamışdılar. Zəng vurdum ki, vəziyyətini, səhhətinin necə olduğunu öyrənim, yaxınları onun bu gün rəhmətə getdiyi bildirdilər. O, özü Masallının Bədəlan kəndindəndir. Sabah doğulub, boya-başa çatdığı kənddə torpağa tapşırılacaq”.
Məşhur muğam ustası vəfat etdi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər