Qobustanda kişi qardaş və bacısını bıçaqlayıb – Səbəb

Qobustanda kişi qardaş və bacısını bıçaqlayıb – Səbəb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.

Nərimankənd kəndində kişi öz bacısı, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər