Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı

Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qeyd edək ki, bu ilin iyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.

Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu.

Lakin Ermənistan ordusu bu “susqunluğunu” pozaraq, növbəti dəfə təxribatlara əl atıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ötən gün səhər saatlarında Ermənistan Göygöl rayonu ərazisində də provakasiyaya cəhd edib.

Belə ki, təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, lakin itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər