Daxili İşlər Nazirliyində görülən işləri yüksək qiymətləndirib

Daxili İşlər Nazirliyində görülən işləri yüksək qiymətləndirib













Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük quruculuq, abadlıq işləri görülmüş, əhalinin məşğulluq probleminin həlli, rifah halının daha da yaxşılaşması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu tendensiya respublikanın daxili işlər orqanlarından da yan keçməmişdir. Diqqətəlayiq haldır ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Polisinin dövlətçiliyin və sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlərini yüksək qiymətləndirilir, DİN-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, fəaliyyətin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun təkmilləşdirilməsi üçün çox mühüm qərarlar qəbul edir. Onun imzaladığı «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair» Dövlət Proqramına uyğun olaraq, ötən müddətdə Daxili İşlər Nazirliyinin orqan və hissələri üçün müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi də artıq ənənə halını almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti möhtərəm dövlət başçımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib. Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb. Bütün bunlar polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürüdür.

İlk Avropa Oyunlarının keçirilməsi cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində respublikamızın, onun bütün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini məmnunluqla deyib. Digər hüquq-mühafizə qurumları, güc strukturları ilə birlikdə daxili işlər orqanlarının Oyunlar zamanı asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə mühüm vəzifələri də layiqincə yerinə yetirilib və fərqlənən yüzlərlə əməkdaş və hərbi qulluqçu barəsində müxtəlif həvəsləndirmə tədbirinin tətbiq olunduğunu diqqətə çatdırılıb, nümunəvi xidmətə, yüksək peşəkarlığa, vətənpərvərliyə və fədakarlığa görə bütün şəxsi heyətə minnətdarlığını bildirib.


Səxavəddin Abdullayev,
Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər