Krediti olanların nəzərinə: Ekspert nazirə müraciət etdi

Krediti olanların nəzərinə: Ekspert nazirə müraciət etdi













Banklar icra məmurları vasitəsilə borcluların yaşayış minimumunu əllərindən alır. Bunun qanunsuz olduğunu ötən həftəki açıqlamalarımda əsaslandırmışam. Banklar ilk günlərdə mənə etiraz etməyə cəhd etdilər (az qala deyirdilər ki, məhkəmə qərarı əsasında vətəndaşdan borcun tutulması icbari deyil, könüllü ödənişdir), lakin sonrakı arqumentlər qarşısında aciz qalaraq susdular. Bununla belə, sözügedən haqsızlıq hələ də davam etməkdədir


Axar.az xəbər verir ki, bu barədə ekspert Əkrəm Həsənov açıqlama verib. Ekspert sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məktub yazdığını bildirib:

“Məktubda həmçinin borcun maaş və pensiya kartlarından tutulmasına da toxunmuşam. Ümid edirəm ki, cənab nazir tezliklə məsələyə münasibətini bildirəcək. Bu məktubu həmçinin ona görə yazmışam ki, borclular da müraciət etmək istəsə, əllərində nümunə və arqumentlər olsun”.

Qeyd edək ki, bir müddət öncə ekspert Əkrəm Həsəov 2016-cı il üçün yaşayış minimumu haqqında sərəncama əsasən məhkəmə və icraçıların borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta biləcəyini söyləmiş, yaşayış minimumunun məbləğinə toxunaraq pul tutulursa, onda vətəndaşın bundan şikayət etməyə haqqının olduğunu bildirmişdi. Banklar isə hüquqşünas ekspertin fikirlərinin yanlış olduğunu iddia edirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər