Trampın fanatı terrora məruz qalmış məscidə soxularaq müsəlmanları təhqir etdi-FOTOLAR

Trampın fanatı terrora məruz qalmış məscidə soxularaq müsəlmanları təhqir etdi-FOTOLAR















Yeni Zelandiyanın Kraystçerç şəhərində son terror hücumları zamanı zərər çəkmiş məscidlərdən birinin ziyarətçiləri islamofob nifrətin daha bir təzahürü ilə üzləşib.

Moderator.az xəbər verir ki, bu haqda “Stuff” nəşri məlumat yayıb. Dünən- aprelin 10-da günorta saatlarında köynəyinin üzərinə “Donald Tramp Yeni Zelandiyanın tərəfindədir” yazılmış bir məxluq 15 mart tarixində azğın terrorçu tərəfindən 40-dan çox insanın həlak edildiyi Ən-Nur məscidinə soxularaq orada ibadət edən müsəlmanları “terrorçu” adlandırıb və digər ifadələrlə təhqir edib.

Şahidlərin “Facebook”da yazdığına görə, 15 dəqiqə ibadətgahda qalan islamofob terror qurbanlarının xatirəsinə küçədə düzülmüş əşyaları da təpikləməyə, onlara zərər verməyə çalışıb. Mart terrorundan sonra sözügedən məscidlərdə patrul vəzifələrini yerinə yetirən polislərdən iki zabit dərhal Tramp fanatına yaxınlaşsalar da, nədənsə onu həbs etməyiblər. Qısa söhbətdən sonra məxluq məsciddən uzaqlaşıb. Lakin daha sonra polis islamofobu həbs etmək qərarına gəlib və barəsində axtarış elan edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər