“Demokratiya qalası”ndan Venesuela ordusuna çağırış: “Maduronu devirin…”

 “Demokratiya qalası”ndan Venesuela ordusuna çağırış: “Maduronu devirin…”














ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Venesuela ordusunun yüksək rütbəli hərbçilərinə səslənərək onları özünü prezident elan edən Xuan Quaydo və tərəfdarlarını dəstəkləməyə çağırıb.

Con Bolton açıqlamasında “Ordu komandanları xalqın yanında yer almalıdır. Venesuela üçün konstitusiyanı və demokratiyanı qorumaq sizlərin həm hüququnuz, həm də öhdəliyinizdir”, – deyə bildirib.

Bolton Venesuela hərbçilərini Quaydonu prezident olaraq qəbul etdiyini bildirən Hərbi-Hava Qüvvələrinin komandanı, general Fransisko EstebanYanezdən nümunə götürməyə çağırıb.

ABŞ rəsmisi Venesuelanın digər dövlət qurumlarına da təhdid dolu mesaj göndərməyi unutmayıb. O, ölkənin Mərkəzi bankının işçilərinə də xəbərdarlıq edərək, onlara Xuan Quaydonun indidən elan etdiyi “ümumi əfv” fərmanından yararlanmalarını “məsləhət görüb”.

Xatırladaq ki, ABŞ vitse-prezidenti Maykl Pens də dünən yaydığı bəyanatda “Maduro rejiminə son vermək zamanı artıq gəlib” ifadəsini işlətmişdi.

Tramp administrasiyası Venesuelaya humanitar yardım göndərməyə də hazır olduğunu bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər