Rusiyada "Twitter"in alternativi yaradıldı

Rusiyada "Twitter"in alternativi yaradıldıRusiyada "Twitter" mikrobloqunun alternativi yaradılıb.

İKT.lent.az-ın "Gazeta"ya istinadən xəbərinə görə, "Qewy" adlanan mikrobloq Barnaulda təqdim olunub.

Layihənin rəhbərlərindən Vyaçeslav Serpikov xidmətin iki ay əvvəl istifadəyə verildiyini bildirib. Onun sözlərinə görə, "Qewy" istifadəçilərə 1000 işarəyədək fikir bildirməyə imkan verir. Hazırda 6 min istifadəçisi olan mikrobloq gələcək inkişaf üçün investisiyalara ehtiyac duyur.

Son günlər seksual azlıqların təşkilatı olan LGBT üzvlərinin mikrobloqda sürətlə qeydiyyata keçməyə başlaması qeydiyyat prosesində texniki problemlər yaradıb. Serpikov çətinliklərin yaxın vaxtlarda aradan qaldırılacağını söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər