“Apple” qaradərili uşaqlardan üzr istədi

“Apple” qaradərili uşaqlardan üzr istədi“Apple” korporasiyası Avstraliyadakı mağazasında bir qrup qaradərili şagirdə qarşı yol verilən hərəkətlə əlaqədar üzr istəyib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, mağazanın işçiləri oğurluqdan şübhələndikləri üçün hamısı 10 yaşında olan qaradərili uşaqları mağazadan çıxarıblar. Hadisənin videosu da yayılıb. Videoda mağaza işçisi uşaqlara onların oğurluq edə biləcəklərindən narahat olduğunu söyləyir.

Videonun müəllifi olan Fransis Ose adlı şagird “Facebook” səhifəsində olayı irqçilik kimi qiymətləndirib və korporasiyadan üzr istəməyi tələb edib.

“Apple”ın üzrxahlığına münasibət bildirən digər şagird Mohammed Semra bu cavabdan məmnun olduqlarını söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər