Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL



BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL


Tanınmış ədəbiyyatşünas alim, təcrübəli və bacarıqlı elm və təhsil təşkilatçısı, nüfuzlu ictimai-siyasi xadim, dəyərli ziyalı, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş bu monoqrafiya öz maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.

Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovdur. Akademik Nizami Cəfərov yazdığı “Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətinə fundamental elmi baxış” adlı ön sözdə monoqrafiyanı geniş və hərtərəfli təhlil edir, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini əsaslandırır. “Qüdrətli Azərbaycan naminə” kitabı “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək poliqrafik keyfiyyətlə nəşr olunub.

Qeyd edək ki, “Qüdrətli Azərbaycan naminə” kitabında dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, ən böyük tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.

Kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə öz töhfələrini vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir.

Biz bu dəyərli kitabın işıq üzü görməsi münasibətilə professor Nurlana Əliyevanı ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində, yaradıcılığında bol-bol nailiyyətlər arzulayırıq.


BSU-da təhsil alan əcnəbi tələbələr “Azərbaycan Respublikası ərazisində Əmək Miqrasiyasının tənzimlənməsi” mövzusunda tədbirdə iştirak ediblər

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL


Fevralın 5-də Bakı Slavyan Universitetində təhsil alan bir qrup əcnəbi tələbə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın təşkil etdiyi “Azərbaycan Respublikası ərazisində Əmək Miqrasiyasının tənzimlənməsi” mövzusunda tədbirdə iştirak ediblər.

Bakı Slavyan Universitetinin bügunkü uğurları

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva - Bugünkü şəraitdə hər bir universitetin uğurlu fəaliyyəti öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinin tətbiqi, tələbə qəbulu planının müəyyənləşdirilməsində universitetlərin rəyinin əsas götürülməsi, bu gün ali məktəblərə beynəlxalq əməkdaşlıq, yaradıcı layihələr üçün gözəl şəraitin yaradılması universitetlərə öz fəaliyyətini yeni relslər üzərində qurmağa imkan verib.

Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Mərkəzində keçirilən tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər, müvəqqəti və daimi yaşama icazəsinin alınması, ölkədə miqrasiya prosesini əhatə edən yeniliklər və miqrasiya sahəsində mövcud qanunvercilik aktlarının tələblərinə dair ətraflı məlumat verilib.

Görüşün sonunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL


Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL







Universitetimizdə son bir il yarım müddətində bir sıra aktual məsələlərə həsr olunmuş 20-dən çox elmi, elmi-praktik konfrans keçirilib. Bu konfransların işində ikitərəfli müqavilələr əsasında Rusiyanın 30-dək tanınmış universitetinin, Türkiyənin Qazi, Uludağ, Qafqaz, Ankara, Akdeniz, Almaniyanın Humboldt, İngiltərənin Kembric, Oksford universitetlərinin professorları iştirak ediblər. Rusiya, Bolqarıstan, Ukrayna, Belarus, Polşa, Çexiya və digər slavyan ölkələrinin, eləcə də Yunanıstanın tanınmış simaları, dövlət xadimləri universitetimizin qonağı olublar. Ötən tədris ilində keçirdiyimiz iki beynəlxalq elmi konfransın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BSU və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının (MAPRYAL) birgə qrant layihəsi əsasında təşkil edilmiş və respublikamızda rus dilinin tədrisi, rusdilli məktəblərin problemlərinə, o cümlədən, tədris vəsaitlərinin hazırlanmasına həsr olunmuş beynəlxalq konfransda Rusiya Təhsil Akademiyasının və MAPRYAL-ın prezidenti ilə yanaşı, 30-dək xarici mütəxəssisin iştirakı geniş müzakirələrə meydan açdı. İkinci vacib tədbir milli kimlik məsələsinə həsr edilmişdi. Bu beynəlxalq konfransı BSU qrant layihəsi əsasında Kembric Universiteti ilə birgə keçirib.

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL









Universitet həyatını daha maraqlı edən tələbə təşkilatlarının fəaliyyəti, tələbələrin iştirakı ilə hazırlanan və keçirilən saysız-hesabsız kütləvi tədbirlərdir. Fəxrlə deyə bilərəm ki, akt zallarımız, tədris-mədəniyyət mərkəzlərimiz, konfrans zallarımız bir gün də olsun boş qalmır. BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir. Universitet rəhbərliyi onların bütün təşəbbüslərini dəstəkləyir və istiqamətləndirir.

İmtahanların şəffaflığı

Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyəm ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.

Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏL








Hər bir ali məktəbin səviyyəsi yəqin ki, ilk növbədə, onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Müəllimlərimiz çalışırlar ki, tələbələrimizin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Həm də bu gün hər bir tələbəmiz çox yaxşı bilir ki, imtahanlarda qiymətləndirilmənin yeganə meyarı bilikdir. Buna görə də obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş auditoriyalarda keçirilir. Valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanda iştirak edən nəzarətçilər qeyri-ixtisas müəllimləridir. Yoxlama prosesində tələbələrə dərs deyən müəllimlərin özləri iştirak etmirlər. İmtahanların cavabları elə həmin gün universitetin saytına yerləşdirilir. Sessiya dövründə İmtahan qərargahı fəaliyyət göstərir, hər bir fakültənin nəzdində Münaqişə komissiyası, eyni zamanda, universitet üzrə Münaqişə komissiyası fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr bu komissiyalara müraciət edirlər. Tələbələrin valideynləri də komissiyaya müraciət zamanı İmtahan qərargahında iştirak edə bilirlər. Onlar imtahanların tam şəffaf, obyektiv keçirilməsinə əmin olurlar.

Universitetin hazırladığı kadrlar mövcud əmək bazarının tələblərinə cavab verir

Universitetimiz özünəməxsus və unikal ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirir. Slavyan ölkələri üzrə regionşünaslar, slavyan dilləri üzrə tərcüməçilər, təhsil rus dilində aparılan Azərbaycan məktəbləri və məktəbəqədər təlim müəssisələri üçün məzunlarımıza ciddi ehtiyac duyulur. Biz məzunlarımızın əmək bazarında yer tutması üçün mütəxəssis hazırlığı məsələlərinə kompleks yanaşma tətbiq edirik. Təkcə tədris prosesinin müasir tələblər baxımından yüksək səviyyədə qurulması ilə iş bitmir. Keçən tədris ilində Tədris şöbəsinin bazasında Təcrübə və məzunların karyera inkişafı şöbəsini yaratdıq. Məqsəd əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı proqramlarını hazırlamaq, pedaqoji və istehsalat təcrübələrini yüksək səviyyədə təşkil etmək, baza müəssisələri, bizə maraqlı olan təşkilatlarla sıx əlaqələr formalaşdırmaqdır.


Nurlana Əliyeva: Bu Universitetin nümayəndələri millətimizin qaymağıdır - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər