DSMF-nın Qax rayon şöbəsi etibarlı əllərdədir

DSMF-nın Qax rayon şöbəsi etibarlı əllərdədir















Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi şöbə rəisidir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı DSMF-nın Qax rayon şöbəsinin müdiri Vüqar Əhmədzadədir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vüqar Əhmədzadə. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.
Şöbə rəisi vəzifəsini daşıdığı DSMF-nin Qax rayon şöbəsində görülən işlərin siyahısına nəzər salanda isə DSMF-nin Qax rayon şöbəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
DSMF-nin Qax rayon şöbəsinin rəisi Vüqar Əhmədzadənin adı, Qax ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Son vaxtlar Qaxda Vüqar Əhmədzadənin gəlişindən sonra əmək və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi vətəndaşlara diqqətin artırılması ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəyə göstərdiyi diqqət nəticəsində mərkəzdə və yerlərdə vətəndaşların süründürməçiliyinə yol verən şəxslər ciddi cəzalandırılıb, bu sahədə özbaşınalıq edənlər hətta məsuliyyətə də cəlb edilib
Qax rayon Əhalinin Sosial Müdafiə Fondu xidmət etdiyi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.
Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər