Rusiyada helikopter qəzası — 18 ölü

Rusiyada helikopter qəzası — 18 ölü














Rusiyanın Krasnoyar vilayətinin Vankorsk rayonunda “Mi-8” helikopteri qəzaya uğrayıb.
Qəza nəticəsində 18 nəfər həlak olub. Fövqəladə hallar xidmətindən verilən məlumata görə, qəza İqark yaşayış məntəqəsinin iki kilometrliyində səhər saatlarında baş verib
İstintaq komitəsinin məlumatına əsasən, helikopterdə 3 ekipaj üzvü və 15 nəfər işçi olub. Təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.
Helikopterin hər iki qara qutusu tapılıb. Məlumata əsasən, helikopter yerə çırpılmadan əvvəl 2 km uçub. Sonra isə dağılaraq yanıb. Yerlə toqquşma zamanı helikopterin hər iki yanacaq çəni partlayıb. Ehtimal edilir ki, qəzaya səbəb texniki nasazlıq və ya pilotun səhvi ola bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər