Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov etimadı daim doğruldub - ÖZƏL

Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov etimadı daim doğruldub - ÖZƏL



Eldar Təhməzov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzovdur.


Eldar Təhməzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Eldar Təhməzovu heç vaxt əqidəsindən döndərə bilməz.

Eldar Təhməzov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Eldar Təhməzov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Eldar Təhməzov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Eldar Təhməzovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Eldar Təhməzov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Eldar Təhməzov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Rəhbərliyin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Biləsuvar rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.

************

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün "Biləsuvar maliyyə rəisinin “Dələli 17”korrupsiya əməliyyatı, " başlıqlı məqalələr yazırlar və ya məqsədə uyğun olmayan xəbərləri ictimailəşdirərək guya Eldar Təhməzovu gözdən salmaq istəyirlər .. Amma bunlar əsassız məlumatlardır. Əslində Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov haqqında yazılanlara təəccüblənmirik. Çünki Eldar Təhməzov gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Biləsuvar rayon Maliyyə İdarəsinin rəisi Eldar Təhməzovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər