Elton Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Elton Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır









Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetində prorektor təyin olunub

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elton Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Texnika Elimləri doktoru, professor Elton Məmmədovdur.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Məmmədov "Şöhrət" ordeni ilə təltif edilmişdir. Həm də Elton Məmmədov Texnika Elimləri doktoru, professordur.

Texnika Elimləri doktoru, professor Elton Məmmədov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Elton Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

-Elton Məmmədov vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

-Elton Məmmədov yüksək insanlığı ilə seçilən bir insandır!

Elton Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elton Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elton Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Texnika Elimləri doktoru, professor Elton Məmmədov kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Elton Məmmədov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Elton Məmmədov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Texnika Elimləri doktoru, professor Elton Məmmədov - Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda böyük bir məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinmirlər. Onlar bu missiyanı şərəflə yerinə yetirərək “xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə adı qızıl hərflərlə həkk olunan ulu öndər Heydər Əliyevdir. 14 iyul 1969-cu ilin Azərbaycanın yeni tarixində müstəsna yeri vardır. Həmin gün ümummilli liderimiz Heydər Əliyev respublikanın siyasi rəhbərliyinə yüksəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlamışdır. Məhz həmin tarixdən etibarən respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdir. Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olmuşdur. Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlamışdır. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Dahi şəxsiyyət hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənimizi bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni - bugünkü dinamik inkişaf yolu keçən Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə keçmiş SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Ulu öndərin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas olmuş, əbədi və dönməz xarakter almışdır. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxmış, dünya tarixinə öz imzasını atmışdır.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Qısa müddət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər üçün müvafiq addımlar atıldı.

Ümummilli liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur. Ulu öndərin 1994-cü ilin sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq 13 şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olunması Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi nailiyyətlər əldə edildi.

Hazırda ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmilləşən, çevik, qətiyyətli və uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, liberal bazar iqtisadiyyatına keçid təmin edilmişdir.

Azərbaycana bu gün inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmuişdir. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər