Azərbaycanda sosiskanın içərisindən çıxanlar dəhşətə gətirdi – Video

Azərbaycanda sosiskanın içərisindən çıxanlar dəhşətə gətirdi – Video














Mağazadan alınan sosiskanın içərisindən diri qurdlar çıxıb.

Xoşagəlməz hal Azərbaycanın bölgələrindən birində yaşanıb. Belə ki, sosial şəbəkələrdə yayılan videoda sosiskanın içərisində qurdların çıxdığı əks olunub. Görüntüləri lentə alan şəxsin danışığından məhsulun Bakıdakı mağazalardan alınmadığı məlum olur. İnsanlar daha çox sosiskanın hansı şirkət tərəfindən istehsal edildiyini öyrənməyə çalışıb.

Video isə məhsulun üzərində "Südlü” sözündən başqa heç nə aydın görünmür. Əksər sosial şəbəkə istifadəçiləri sosiskanın "Min bərəkət halal nemət”ə aid olduğunu iddia edir. Onlar bunu şirkətin məhsulunun hər mağazada satılması ilə əlaqələndirir.

Bəziləri isə yalnız saxlanma şəraitinə uyğun olaraq sosiskanın belə vəziyyətə düşdüyünü deyir.

"Min bərəkət halal nemət” "Səhliyalı” MMC-yə məxsus olduğu üçün sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bizimlə əlaqə saxlayacaqlar. Lakin xeyli keçməsinə baxmayaraq "Səhliyalı” MMC-dən səs-soraq çıxmadı.

///Minval.info

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər