Putinə yaxın oliqarx London birjalarından 1 milyard funt qazandı – Britaniya kəşfiyyatı üsyanda

Putinə yaxın oliqarx London birjalarından 1 milyard funt qazandı – Britaniya kəşfiyyatı üsyanda














Böyük Britaniyanın xarici kəşfiyyat xidməti (Mİ6) rusiyalı oliqarx, ölkədə hərbi texnikanın istehsalı ilə məşğul olan şirkətlərə sahib Oleq Deripaskanın London fond birjasından 1 milyard funt qazanması ilə bağlı narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin “Daily Telegraph” qəzetində xüsusi məqalə dərc olunub. Qəzetin yazdığına əsasən, keçən ilin noyabrında “EN+” enerji şirkətinin səhmləri kəşfiyyat orqanları ilə heç bir razılaşdırma aparılmadan birja bazarında satışa qoyulub.

“EN+” isə Oleq Deripaskanın “Bazovıy element” holdinqinə mənsub şirkətlər qrupudur. Şirkət enerji, əlvan metal və dağ-mədən sənayesi istiqamətində fəaliyyət göstərir. Bundan başqa, Rusiyanın “Rusal” aliminium nəhənginin yarısı da “En+”a məxsusdur. Bu yaxınlarda “Rusal” şirkəti tərəfindən istehsal olunan aliminium tozlarının hərbi texnikanın istehsalında istifadə olunması barədə məlumat yayılıb.

“The Guardian” “EN+”un bir hissəsinin hazırda ABŞ və AB-nin sanksiyaları altında olan VTB bankına mənsub olduğunu xatırladır. Maraqlıdır ki, VTB özü şirkətə birjaya çıxmaq üçün 697 milyon funt sterlinq kredit verib.

Məqalədə səhmlərin satışa çıxarılması zamanı Mİ6 və Böyük Britaniyanın Milli Təhlükəsizlik Şurasına xəbər verilməməsindən adları çəkilən qurumların qəzəbləndiyi yazılıb. Hər iki dövlət orqanı bəhs edilən satışın Böyük Britaniyanın təhlükəsizliyi üçün törədə biləcəyi nəticələrlə əlaqədar həyəcan siqnalı verib.

“Əsl təhlükə bundan ibarətdir ki, Sitidə (birjanın yerləşdiyi rayon nəzərdə tutulur-red.) həyata keçirilən satış Rusiyanın hərbi sənaye bazasının inikişafı üçün xərclənə bilər”, – “Daily Telegraph”ın rəyini aldığı təhlükəsizlik sahəsində çalışan yüsək rütbəli məmur bildirib.Böyük Britaniyanın Listinq (Listinq – fond birjasına təklif edilən qiymətli kağızların birja ekspertləri tərəfindən keyfiyyət göstəricilərinə, etibarlılıq səviyyəsinə görə qiymətləndirilməsi və səhmdar cəmiyyətin səhmlərinin birjada kotirovka olunan səhmlərin siyahısına daxil edilməsidir-red.) üzrə İdarəsi isə səhmlərin birjaya çıxışına ölkənin maliyyə nazirliyinin icazə verdiyini bildirib.

Maliyyə nazilriyi sanksiyalarının həyata keçrilməsi üzrə idarənin bu işə qarışmadığını söyləməklə kifayətlənib. London birjası isə ümumiyyətlə açıqlama verməkdən boyun qaçırıb. “EN+” nümayəndəsi isə “Rusal”ın hərbi texnikanın istehsalında iştirkını şərh etməkdən imtina edib.“Daily Telegraph” məsələ ilə bağlı Böyük Britaniyanın Silahlı qüvvələr üzrə keçmiş dövlət naziri Maykl Penninqin maliyyə və müdafiə nazirlərinə sorğu verdiyini yazıb.

”Rusiya düşməndir. Mən müdafiə üzrə dövlət naziri olduğumda səhər yuxudan “rus ayıları”nın (Tu-95 nəzərdə tutulur-red.) ölkə sərhədlərinə yaxınlaşması ilə əlaqədar oyadılmışam. Sanksiyalar elə-belə, havadan tətbiq edilməyib” – keçmiş nazirin hiddətli müraciətində bu cümlələr yazılıb.

Musavat.com

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər