Marqaret Tetçer panda ilə eyni təyyarədə uçmaqdan imtinə edib — tarixi hadisənin üstü açıldı

Marqaret Tetçer panda ilə eyni təyyarədə uçmaqdan imtinə edib — tarixi hadisənin üstü açıldı














İngiltərənin "dəmir ledi" ləqəbli keçmiş Baş naziri Marqaret Tetçerlə bağlı maraqlı faktın üstü açılıb.
AZTB.info xarici KİV-ə istinadən xəbər verir ki, Marqaret Tetçer Baş nazir olarkən bir dəfə London Zoologiya Parkının nəhəng pandası ilə Vaşinqtona uçmaqdan imtina edib.

Bu barədə yenicə yayılan Milli Arxiv materiallarında deyilir.

1981-ci ildə London Zoologiya Cəmiyyətinin prezidenti Lord Zuckerman "Chia Chia" adlı pandanın Baş nazirin təyyarəsində uçmasını təklif edib.

Səbəb isə Vaşinqtonun Smithsonian İnstitutunun "Chia Chia"nı ABŞ-da yaşayan "Ching Ching" pandası ilə cütləşdirmək istəyi olub.

Lakin Xanım Tetçer bildirib ki, pandalar siyasətçilər üçün "xoşbəxtlik nişanəsi" deyil.
Paylaşılmış sənədlərdə xanım Tetçerin əllə yazdığı cümlələr də var.

"Mən pandanı özümlə aparmayacağam", - deyə Baş nazir göy rəngli qələmlə yazıb.

O həmçinin bu cümləni əlavə edib:

"Lord Zuckerman pandalar haqqında məndən çox bilir. Əminəm ki, o bunu həll edə biləcək".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər