İtkin düşən alpinistlərlə bağlı - Rəsmi açıqlama

İtkin düşən alpinistlərlə bağlı - Rəsmi açıqlama














Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Qeyd edək ki, dekabrın 23-də "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər