FHN-dən fəhlənin torpaq altında qalması ilə bağlı — RƏSMİ MƏLUMAT

FHN-dən fəhlənin torpaq altında qalması ilə bağlı — RƏSMİ MƏLUMAT













Bakıda fəhlə işlədiyi zaman bədbəxt hadisə ilə rastlaşıb.
"Ölkə.Az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu, təxminən 3 m dərinlikdə torpaq altında qalıb.

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Görülən təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə.Bağırzadə xilas olunub. Əməliyyat başa çatıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər