Şuşa Humanitar Kolleci öz ənənələrini yaşadır

Şuşa Humanitar Kolleci öz ənənələrini yaşadır












Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq orta ixtisas təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idaretmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilmişdir.

Bu təyinatdan sonra Şuşa Humanitar Kollecinin fəaliyyəti daha da təkmilləşmiş, tələbələrin təhsili üçün yeni imkanlar yaradılmışdır. Hökumətimizin bu qərarı müəllim və tələbə kollektivində böyük ruh yüksəkliyi yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, tədris ilində birləşmiş bu kolleclərin kollektivləri Rasim Mehdiyevin rəhbərliyi ilə tədris və tərbiyə sahəsində dönüş yaratmışlar.

Şuşa Humanitar Kolleci 2016-2017-ci tədris ilində böyük uğurlar əldə etmişdir. Burada peşə hazırlığı və tələbələrin dərsə davamiyyəti daha da yüksəlmişdir. Tədris ilinin 1-ci yarısında həmişə olduğu kimi təqvim bayramları ilə yanaşı, müxtəlif xarakterli tədbirlər də həyata keçirilmişdir. Bu tədbirlər tələbələrin dünya görüşünün formalaşmasına, onların dərslərinin keyfiyyətli olmasına böyük təkan vermişdir.

Kollecin aparıcı sahələrindən biri musiqiçi kadrların yetişdirilməsi problemidir. Bu sahədə də bir çox tədbirlər həyata keçirilmiş, onların bir kadr kimi yetişdirilməsində böyük işlər görülmüşdür. Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyevlə söhbət edərkən o dedi ki, 2016-2017-ci tədris ilində bu sahədə bir çox tədbirlər həyata keçirilmişdir.
Belə ki, təhsilin inkişafı üçün lazımi şərait yaradılmış, sinif otaqlarının sayı artırılmış, dərslərin tədrisi və təşkili üçün tələbələrin ümumtəhsil fənlər üzrə səviyyələrinin yüksəldilməsi daim diqqət mərkəzindədir. Rasim müəllim onu da qeyd etdi ki, qeyri-ixtisaslarla yanaşı, kollecdə instrumental ifaçılıq, xalq çalğı alətləri, musiqi nəzəriyyəsi, xor dirijorluğu və xanəndəlik ixtisasları üzrə kadrlar da hazırlanır. Buna görə kollecə daim təcrübəli musiqiçilər cəlb olunur.

Bundan başqa, kollecin tələbələri respublikamızda keçirilən müxtəlif nominasiyalı tədbirlərdə də fəal iştirak edirlər. Məhz bütün bunlar kollecin uğurlarından hesab oluna bilər.
Ümumiyyətlə, Şuşa Humanitar Kollecinin istər musiqi, istərsə də qeyri-ixtisaslar üzrə nailiyyətləri nümunə ola bilər.


Şuşa Humanitar Kolleci öz ənənələrini yaşadırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər