Bakı Humanitar Kollecində kürsü davası - İlginc iddialar

Bakı Humanitar Kollecində kürsü davası - İlginc iddialar








Bakı Humanitar Kollecinin direktoru vəzifəsi uğrunda mübarizə gedir. Bununla bağlı cumhuriyyet.az-a şok doğuracaq məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, keçmiş direktor İlqar Mahmudovdan sonra bu post sözün əsl mənasında hərraca çıxarılıb. Kollecin iki əməkdaşı direktor olmaq üçün təhsil naziri Mikayıl Cabbarova çıxmaq üçün yollar axtarıb.
Bakı Humanitar Kollecində şöbə müdiri işləyən Talıb Zülfiyevin bu sahədə daha uğurlu olduğu iddia olunur. Məlumata görə, Talıb Zülfiyev direktor olmaq üçün təhsil nazirinin bütün şərtlərini ödədiyini deyib. Yaxın günlərdə şöbə müdirinin direktor təynatının gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, zaman-zamn Talıb Zülfiyevin adı kollecdə tələbələrdən pul almaqda hallanıb. Görünür, Talıb Zülfiyev kimi şəxslər Təhsil Nazirliyinin rəhbərliyini razı saldığından onun direktor olmasına yaşıl işıq yandırılıb.
Bakı Humanitar Kollecində yığılan rüşvətin “qara kassası” kimdir?
Kollecə rəhbərlik üçün nazirə verildiyi iddia olunan pulun miqdarı;
Binəqədi rayonunda və 9-cu mikrarayonda yaxın qohumuna ev alan Kollec adamı;
Direktorluq iddiasının keçmişdən gələn qaynaqları..
Bu və Bakı Humaniyat Kollecində yaşananlarla bağlı cumhuriyyet.az-a daxil olan digər məlumatları araşdırmaqda davam edirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər