Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏL

Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏL










Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.

Bəs gəlin görək Zakir Fərəcovun Sumqayıta təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sumqayıtlıları qane edir?

Birincisi, Z.Fərəcov Sumqayıt üçün yeni kadr deyil, o Sumqayıtı tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, şəhəri, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyəcək. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, sumqayıtlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Z.Fərəcov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun Abşeronda gördüyü işləri, quruculuğu xatirlatmaq bəs edər. 10 il ərzində Abşeron əməlli-başlı abadlaşdı, Xırdalan şəhər statusu qazandı, Z.Fərəcovun özü isə gördüyü işlər müqabilində “Şərəf” ordeninə layiq görüldü.

Üçüncüsü, başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Sumqayıt əhalisinin böyük kəsiminin Qarabağ bölgəsindən (xüsusilə Qubadlı və Laçın rayonlarından olan əhali) olduğunu unutmaq olmaz. Z.Fərəcov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Eyni zamanda Sumqayıtda işlədiyi illərdən o, ümumilikdə sumqayıtlıların yaddaşında “yaxşı insan” kimi qalıb. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan sumqayıtlı. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, nbeləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Başçıdan gözləntilər də az deyil. Xeyli görüləsi iş var – ancaq dediyimiz kimi, bu işləri görmək üçün münasib adam seçilib. Ümid edirik ki, Abşeronda əla nümunə göstərmiş köhnə sumqayıtlının sayəsində Sumqayıtımız daha da gözəlləşəcək, müasirləşəcək.


Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Zakir Fərəcov - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər