Ərəbistan kralı nazirlərin maaşlarını kəsdi

Ərəbistan kralı nazirlərin maaşlarını kəsdi










Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əs-Səud sərt qənaət tədbirləri çərçivəsində dövlət qulluqçularının əmək haqlarını azaldıb, eləcə də, nazirlərin maaşlarını 20 faiz kəsib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi Qərb mətbuatı yazıb.

Bundan əlavə, kralın fərmanına əsasən, Krallığın qanunverici orqanı sayılan Məclis əş-Şuranın 160 nəfərlik tərkibi 15 faiz azaldılacaq. Səudiyyə hakimiyyəti, xüsusilə məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq.

Ər-Riyad görüləcək bu tədbirlər nəticəsində nə qədər pula qənaət olunacağını açıqlamayıb.

KİV-in məlumatına görə, 2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində Krallığın büdcə kəsiri rekord həddə çatıb
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər