Azərbaycanda mənzil bazarında kəskin ucuzlaşma

Azərbaycanda mənzil bazarında kəskin ucuzlaşma

















“Qiymətlərin ucuzlaşması mənzil bazarında da müşahidə edilir”

2015-ci ilin oktyabrında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər sentyabr ilə müqayisədə 1,02 faiz ucuzlaşıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 23,6 faiz ucuzlaşıb.

N.İbrahimov qeyd edib ki, qiymətlərin ucuzlaşması mənzil bazarında da müşahidə edilir:

"Ay ərzində təkrar mənzil bazarında qiymətlər 3,1 faiz ucuzlaşıb. İlin əvvəli ilə müqayisədə ucuzlaşma 24,6 faiz təşkil edib. Oktyabrda ilkin mənzil bazarında qiymətlər 1,2 faiz ucuzlaşıb. İlin əvvəlindən qiymətlər 26,7 faiz ucuzlaşıb".

Ekspert əlavə edib ki, sentyabr ayı ilə müqayisədə oktyabrda mənzil bazarında qiymətlər 2,1 faiz ucuzlaşıb. İlin əvvəlindən isə mənzil bazarı 26 faiz ucuzlaşıb.

Onun sözlərinə əsasən, mənzil kirayəsi bazarında qiymətlər ay ərzində 3,9 faiz ucuzlaşıb - 1 kvadratmetrə görə 8,98 manatdan 8,63 manatadək:

"İlin əvvəlindən mənzil kirayəsi bazarında qiymətlər təqribən 16 faiz ucuzlaşıb”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər