Niyazi Bayramov: İlhamlı zəfərlərə davam!

Niyazi Bayramov: İlhamlı zəfərlərə davam!


Bəzi internet saytlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Niyazi Bayramov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin sərhədlərinin tam bərpa olunması böyük tarixi uğurdur. Son zamanlar Azərbaycanda aparılan sosial iqtisadi islahatlar xalqımızın rifahının yaxşılaşmasına xidmət edir. Azərbaycana bu uğur və nəaliyyətləri qazandıran Prezident İlham Əliyev növbəti seçkilərə yeni hədəflərlə qatılır. İnanırıq ki, qarşıda duran bu hədəflərə Prezident İlham Əliyev ölkəmizə rəhbərlik edəcəyi yeni dövrdə tam şəkildə nail olacaq. Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi sayəsində qazanıb. Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı belədir: “Qalib xalqın qalib Lideri”.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər - seçicilərlə görüşlər keçirilir. Mən də təşviqat qrupunun üzvü kimi seçkiqabağı təşviqat kampaniyasında iştirak edirəm. Onu qeyd edim ki, cənab İlham Əliyevin təşviqatı ilə bağlı tədbirlərdə iştirak etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir.

Seçicilərlə keçirilən görüşlərdə son 20 ildə Azərbaycanın bütün sahələrində əldə edilmiş uğurlara bir daha nəzər salınması, keçdiyimiz yolun, qazanılan uğurların xüsusən gənclərin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məsələdir. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi yaxşı bilməlidir, bizə tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın kim olduğunu unutmamalıdır. Keçirilən seçkiqabağı görüşlər onu deməyə əsas verir ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, namizədimizi dəstəklədiklərini əyani şəkildə nümayiş etdirirlər.

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olunub. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də sabah görüləcək işlər - qarşıda duran vəzifələr ətraflı göstərilib. Bunlar Azərbaycanı daha irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq imicini artırmaq, Qarabağı qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, keçmiş məcburi köçkün vətəndaşlarımızı öz ata-baba yurdlarında daimi məskunlaşdırmaq, bütün sahələrdə tərəqqini təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm məsələləri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o öz üzərinə götürə, şərəflə və müvəffəqiyyətlə yerinə yetirə bilər. Özünün də dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.

Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaq.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.
Niyazi Bayramov: İlhamlı zəfərlərə davam!

Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb. Ölkəmizin başçısı Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətinə toxunub. Dövlət başçısının vurğuladığı kimi “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Azərbaycan öz suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vuran mühüm bir proses olacaq.
Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi, burada yaradılan infrastruktur, salınan müasir yaşayış məntəqələri möhtəşəm hadisədir. Məhz bu kontekstdən fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlı idi. Cənab Prezident bildirib ki, hələ də işğal altında olan səkkiz kənd daim gündəlikdədir. Ölkə başçısı vurğuladı ki, bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Həmçinin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələnin olduğu qeyd edilib. Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verilməsi faktını önə çəkən ölkə başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı danılmaz, inkarolunmaz faktlar, xəritələr mövcuddur. Çünki tarixi torpaqlarımız 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisi olduğunu öz əksini tapıb. Azərbaycandan Ermənistana keçmiş sovet dövründə sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında olunub. Amma həmin vaxta qədər Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə qədər düşmüş oldu. Tarix sübut edib ki, Azərbaycandan Ermənistana torpaq hədiyyə verilməsinə məhz Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra son qoyulub.

Niyazi Bayramov: İlhamlı zəfərlərə davam!

Cənab Prezidentin vermiş olduğu bu mesajlar sözsüz ki. vətəndaşın dövlət inamına, xalq-dövlət birliyinə, həmrəyliyinin sarsılmazlığına əsaslanır. Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Təbii ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ildən başlanılıb. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz bu kontekstdə bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Təbii ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tam bərpa edilib. Bu mənada sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Ölkə başçısının da vurğuladığı kimi “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.”
Azərbaycan özünün bildiyi doğru yolda qətiyyətlə addımlayır. Artıq “Böyük Qayıdış dövlət proqramının icrası uğurla icra olunur. Ölkəmizin başçısı da Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini bura artıq ilk sakinlərin qayıtdığını bildirib. Həmçinin 2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyi vurğulanıb. Nəticədə bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini qarşılayacağını bəyan edən cənab Prezident bunun Azərbaycan xalqına verilmiş çox böyük bir müjdə olduğunu da qeyd edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər