Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”


Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov - Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi sayəsində qazanıb. Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı belədir: “Qalib xalqın qalib Lideri”.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər - seçicilərlə görüşlər keçirilir. Mən də təşviqat qrupunun üzvü kimi seçkiqabağı təşviqat kampaniyasında iştirak edirəm. Onu qeyd edim ki, cənab İlham Əliyevin təşviqatı ilə bağlı tədbirlərdə iştirak etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir.

Seçicilərlə keçirilən görüşlərdə son 20 ildə Azərbaycanın bütün sahələrində əldə edilmiş uğurlara bir daha nəzər salınması, keçdiyimiz yolun, qazanılan uğurların xüsusən gənclərin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məsələdir. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi yaxşı bilməlidir, bizə tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın kim olduğunu unutmamalıdır. Keçirilən seçkiqabağı görüşlər onu deməyə əsas verir ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, namizədimizi dəstəklədiklərini əyani şəkildə nümayiş etdirirlər.

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olunub. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də sabah görüləcək işlər - qarşıda duran vəzifələr ətraflı göstərilib. Bunlar Azərbaycanı daha irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq imicini artırmaq, Qarabağı qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, keçmiş məcburi köçkün vətəndaşlarımızı öz ata-baba yurdlarında daimi məskunlaşdırmaq, bütün sahələrdə tərəqqini təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm məsələləri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o öz üzərinə götürə, şərəflə və müvəffəqiyyətlə yerinə yetirə bilər. Özünün də dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.

Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaq.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.
Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb. Ölkəmizin başçısı Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətinə toxunub. Dövlət başçısının vurğuladığı kimi “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Azərbaycan öz suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vuran mühüm bir proses olacaq.
Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi, burada yaradılan infrastruktur, salınan müasir yaşayış məntəqələri möhtəşəm hadisədir. Məhz bu kontekstdən fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlı idi. Cənab Prezident bildirib ki, hələ də işğal altında olan səkkiz kənd daim gündəlikdədir. Ölkə başçısı vurğuladı ki, bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Həmçinin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələnin olduğu qeyd edilib. Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verilməsi faktını önə çəkən ölkə başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı danılmaz, inkarolunmaz faktlar, xəritələr mövcuddur. Çünki tarixi torpaqlarımız 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisi olduğunu öz əksini tapıb. Azərbaycandan Ermənistana keçmiş sovet dövründə sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında olunub. Amma həmin vaxta qədər Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə qədər düşmüş oldu. Tarix sübut edib ki, Azərbaycandan Ermənistana torpaq hədiyyə verilməsinə məhz Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra son qoyulub.

Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

Cənab Prezidentin vermiş olduğu bu mesajlar sözsüz ki. vətəndaşın dövlət inamına, xalq-dövlət birliyinə, həmrəyliyinin sarsılmazlığına əsaslanır. Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Təbii ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ildən başlanılıb. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz bu kontekstdə bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Təbii ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tam bərpa edilib. Bu mənada sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Ölkə başçısının da vurğuladığı kimi “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.”
Azərbaycan özünün bildiyi doğru yolda qətiyyətlə addımlayır. Artıq “Böyük Qayıdış dövlət proqramının icrası uğurla icra olunur. Ölkəmizin başçısı da Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini bura artıq ilk sakinlərin qayıtdığını bildirib. Həmçinin 2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyi vurğulanıb. Nəticədə bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini qarşılayacağını bəyan edən cənab Prezident bunun Azərbaycan xalqına verilmiş çox böyük bir müjdə olduğunu da qeyd edib.

“Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 34 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.
Xalqımızı qəlbən sarsıtmış bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.”
Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

 “Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet reyimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar ediməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Sovet reyiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı. Qırğın nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.”

 “20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin vaxt qəbul edilmiş böyük əhəmiyyət kəsb edən bu sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP.MK katibi A.Girenko, SSRİ müdafiə naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər.

Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”
Mehman Soltanov: “Zəfər seçkilərində qalib Liderə səs verəcəyik!”

Ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə böyük diqqət və qayğı göstərir, onları yeni mənzillərlə təmin edir, digər ehtiyaclarını ödəyir. Dövlət başçımızın göstərişi ilə Şəhidlər Xiyabanında hər il abadlıq və yenidənqurma işləri aparılır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını, cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik əbədi və daimidir.”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər