Mehman Mehdiyev: Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

Mehman Mehdiyev: Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir


“Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev - 27 sentyabr 2020-ci il Anım Günü müstəqil Azərbaycanın dövlətçilik səlnaməsinə şanlı Zəfər tarixinin başlanğıcı, milli birliyimizin və bərabərliyimizin təcəssümü kimi daxil oldu. Xalq, dövlət və ordu birliyinin gücü qarşısında aciz qalan düşmən məğlubiyyətə uğradı və tarixi ədalət bərpa olundu.

Məhz 27 sentyabr tarixində, yəni şəhidlərimizin əziz xatirəsinin anım günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri, Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyulması, ölkə Prezidentinin buradakı çıxışı və daha sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməsi bir vətəndaş kimi hər birimizi qürurlandırdı.

44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.

Bu gün Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, bu birliyin əsasını Azərbaycan xalqının öz liderinə olan sevgisi və inamı təşkil edir. Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir.

Məhz bu kimi amillər xalqın alternativsiz lider olan Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardan biridi. Prezident İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır.

Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni tarix yazdı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi və ən əsası tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər