8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub

8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub


8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2022-ci il, sentyabr döyüşlərində həlak olan şəhid Emin Fərzəliyevin və Vətən müharibəsi şəhidi Mirəli Hüseynovun ailələrini ziyarət edib.

Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin, Ağcabədi şəhər inzibati ərazi dairəsinin əməkdaşları, şəhidin doğmaları və media mənsubları iştirak ediblər.

Ziyarət zamanı rayon rəhbəri Vətən müharibəsində xüsusi qəhrəmanlıq nümunəsi göstərən Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi hərbi zəfərlərindən söz açıb. Eyni zamanda o da bildirilib ki, şəhidlər təkcə mənsub olduğu ailənin deyil, bütün Azərbaycan xalqının doğma övladlarıdır. Həmçinin icra başçısı şəhid Mirəli Hüseynovun evində növbəti aylarda təmir işlərinin aparılacağını da qeyd edib.

Dövlət başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə şəhid valideynləri rayon rəhbərinə öz səmimi minnətdarlıqlarını bildirib, şəhidlə bağlı fikir və xatirələrini bölüşüblər. Sonda rayon icra hakimiyyəti tərəfindən hazırlanan müəyyən ərzaq yardımı şəhidin yaxınlarına təqdim olunub.

Ziyarətdən sonra Rafil Hüseynov I Qarabağ müharibəsi şəhidi Kamil Nəsibov küçəsinə çəkilən asfalt örtüyü və Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət-istirahət parkında aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub, işin tez vaxtda yekunlaşması üçün lazımi tapşırıqlar verib.


8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub
8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub
8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub
8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub
8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunub
8 Noyabr – “Zəfər Günü” bayramı ilə əlaqədar Ağcabədidə şəhid ailələri ziyarət olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər