Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər - VİDEO

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər - VİDEO


Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər.

Oxu.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər