Ermənilər Zəngəzur dəhlizinin hərbi yolla açılışına ZƏMİN HAZIRLAYIR... - BUNUN BAŞQA ADI YOXDUR...

Ermənilər Zəngəzur dəhlizinin hərbi yolla açılışına ZƏMİN HAZIRLAYIR... - BUNUN BAŞQA ADI YOXDUR...


“Ermənistanın törətdiyi yeni təxribatlar regionda, xüsusilə Bakı-Xankəndi-Bakı-İrəvan bucağında baş verən proseslərin tərkib hssəsidir. Qənaətimcə, sərhəddə belə təxribatlar davam edəcək və buna hazır olmalıyıq”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə ermənilərin sərhəddə törətdiyi təxribatlardan danışarkən deyib.

A. İsazadə bildirib ki, Ermənistan belə təxribatlarla əlavə vaxt qazanmaq, prosesi uzatmaq məqsədi güdür: “Digər tərəfdən, onlar sülh istəmir, sülh danışıqlarının da baş tutmasında maraqlı deyillər. Ümumən sülh bağlamaq, məsələni bitirmək istəyənlər də var. Amma sülh sazişinin baş tutmasını istəməyən qüvvələr belə təxribatlarla həm də öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Aydındır ki, sülh əldə edilsə, Ermənistanda bu qüvvələrin karyerası bitəcək. Yəni müxtəlif qüvvələrin bunda marağı var. Odur ki, təxribatlar baş verir. Biz, ümumiyyətlə, gələcəkdə də belə təxribatlar gözləməliyik. Hazırda baş verənlər hərbi fazadadır, amma bunun böyüyəcəyini güman etmirəm. Ordumuz öhdəsinə düşəni edir, təxribatların qarşısını alır”.

A. İsazadə əlavə edib ki, Azərbaycan Ordusu belə təxribatlara uzun müddət dözməyəcək: “Bəli, belə təxribatlar olanda ordumuz cavab verir. Amma nəzərə alınmalıdır ki, biz gec-tez onsuz da hərəkət edəcəyik. Yəni belə təxribatların birində irəli gedə bilərik. Mən bunu istisna etmirəm. Güman edirəm ki, xarici qüvvələrin də Azərbaycana qarşı istəyi baş tutmayacaq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər